Bu gün son zəng çalınır

Bu gün son zəng çalınır Bu gün Azərbaycanda "Son zəng" ilk dəfə olaraq yeni tarixdə keçirilir.

Tehsil-press.az-ın məlumatına görə, indiyədək mayın 31-də qeyd edilən "Son zəng" cari ildən tərdis ilinin müddətinin iyunun 14-dək uzadılması ilə əlaqədar olaraq iyunun 14-də keçirilir. Hər il olduğu kimi, bu il də "Son zəng" tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumi təhsil məktəblərində təşkil edilir.
2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrinin IX siniflərini 110 222, XI siniflərini 88 591, XII sinifləri isə 856 şagird bitirəcək. 2016-2017-cı dərs ilində isə orta məktəblərin I siniflərinə 164 033 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.


Tehsil-press.az

Oxşar xəbərlər