ADU-da videokonfrans: Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyəti və bədii yaradıcılığında humanizm motivləri

ADU-da videokonfrans: Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyəti və bədii yaradıcılığında humanizm motivləri Azərbaycan Dillər Universitetinin Multikulturalizm elmi-tədqiqat laboratoriyasında “Nəriman Nərimanovun ictimai siyasi fəaliyyəti və bədii yaradıcılığında humanizm motivləri” mövzusunda videokonfrans keçirilib.
Tədbirdə Multikulturalizm elmi-tədqiqat laboratoriyasının müdiri Loğman Rəşidzadə və laboratoriyanın elmi işçisi Yeganə Qasımova “Nəriman Nərimanovun həyatı və ictimai-siyasi fəaliyyəti”, Turan Kərimli “Nəriman Nərimanovun mədəni-maarif fəaliyyətinin Həştərxan dövrü”, Sərinə Rəhimova “Nəriman Nərimanov yaradıcılığında multikulturalizm meyilləri”, Əli Fərhadov “Nəriman Nərimanovun yaradıcılığında humanizm və tolerantlıq” mövzularında çıxış ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər