Bakı Slavyan Universitetində Xalq şairi Nəriman Həsənzadə ilə görüş

Bakı Slavyan Universitetində Xalq şairi Nəriman Həsənzadə ilə görüş Bakı Slavyan Universitetində (BSU) Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrası Xalq şairi Nəriman Həsənzadə ilə görüş təşkil edib.
Xalq şairi Nəriman Həsənzadə görüşün keçirilməsinə görə BSU-nun rəhbərliyinə təşəkkür edib və belə görüşlərin gənclərin mənəvi dünyasının zənginləşməsində böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Həyat yolu və yaradıcılığı barədə danışan şair yeni şeirlərini oxuyub, müasir ədəbi proseslə bağlı fikirlərini diqqətə çatdırıb. O, ulu öndər Heydər Əliyev, görkəmli yazıçı, pedaqoq və alim Mir Cəlal Paşayevlə bağlı xatirələrini bölüşüb, müəllim və tələbələri maraqlandıran sualları cavablandırıb.
Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən dosent Sədaqət Əsgərova, Azərbaycan ədəbiyyatı kafedrasının professorları Rəhilə Qeybullayeva, Leyla İmaməliyeva, dosentlər Fərrux Məmmədov, Gültəkin Əliyeva və başqaları çıxış edərək Nəriman Həsənzadə yaradıcılığının səmimi, həzin, kövrək notlarını yüksək qiymətləndiriblər.
Filologiya fakültəsinin tələbəsi Validə Vəliyeva çıxışında Nəriman Həsənzadənin çoxşaxəli yaradıcılığının oxucular tərəfindən çox sevildiyini vurğulayıb.
Tələbələrdən Aytac Mirzəyeva, Ülkanə Musayeva, Ləman Quliyeva və Ziyad Sarıyev şairin şeirlərini söyləyiblər.

Tehsil-press.az

Oxşar xəbərlər