Əkbər Hüseynzadə - Ziyalı üçün önəmli, vacib xüsusiyyətlərə malik jurnalist

Əkbər Hüseynzadə - Ziyalı üçün önəmli, vacib xüsusiyyətlərə malik jurnalist Artıq tarixə qovuşan 2025-ci il Azərbaycanın ictimai-siuyasi həyatında bir çox mühüm hadisələrlə yaddaqalan oldu. Bu sırada əlamətdar sayılan hadisələrdən biri də milli mətbuatın 150 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi oldu.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalının təsis edilməsi barədə 20 fevral 2025-ci il tarixli Fərmanı, “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli Sərəncamı dövlətin mətbuatın inkişafına göstərdiyi yüksək diqqətin təzahürü kimi qiymətləndirilir.

Beləliklə, media sahəsində xüsusi xidmətləri olan şəxslər - media işçiləri, jurnalistlər, media ilə əməkdaşlıq edən və ya bu sahənin inkişafına töhfə verən Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yubiley medalı ilə təltif olundular.

Bu təltifatı haqq etmiş jurnalistlərdən biri də “Təhsil-press.az” İnformasiya Agentliyinin direktoru Əkbər Hüseynzadədir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu, əlavə hüquq təhsili alan Əkbər Hüseynzadə çoxillik jurnalist fəaliyyətimdə bir neçə mətbu orqanlarda məsul vəzifələrdə çalışmışdır. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən hadisələri işıqlandırmışdır. İctimaiyyət nümayəndələrindən aktual məsələlərlə bağlı müsahibələr götürmüşdür.

2007-ci ildən sahə jurnalistikasında (təhsil) fəaliyyət göstərən Əkbər Hüseynzadə təhsil üzrə nüfuzlu ekspertlərdən sayılır. Əkbər Hüseynzadə təkcə 2016-cı ildən rəhbərlik etdiyi informasiya agentliyində deyil, başqa mətbu və elektron kütləvi informasiya vasitələrində də aktual mövzularda çıxışlar edir, müsahibələri dərc olunur.

Pedaqoji sahədə də zəngin təcrübəyə malik Əkbər müəllimin çıxışları həmişə cəmiyyətdə maraqla qarşılanmış, bəzən hətta rezonansa səbəb olmuşdur. Onun orta, orta ixtisas, ali təhsilin problemlərinin həllinə nail olmaq yönündə araşdırma və təklifləri çox təqdirəlayiqdir.

Hamı – həm oxucular, həm də həmkarları Əkbər Hüseynzadəni sözü açıq deyən, haqqın, ədalətin tərəfini tutan, əqidəli, yaradıcılığına daim sadiq qalan, əməksevər jurnalist kimi tanıyır. O, dostluqda da səmimidir, ürəyi açıqdır. Bu keyfiyyətləri jurnalistikamız üçün önəmli və vacib xüsusiyyətlərdir.

Əkbər müəllim heç bir məsələyə yarımçıq münasibət bildirmir, hadisələrə, ictimai-siyasi proseslərə bütöv şəkildə aydınlıq gətirir. Təkcə əsas profili olan təhsil sahəsində deyil, ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən hadisələrə, dövlətimizin rəhbərliyi tərəfindən aparılan mütərəqqi islahatlara cəmiyyətin, ictimaiyyətin münasibətini öyrənib oxucuları ilə paylaşmaq Əkbər Hüseynzadənin jurnalistika fəaliyyətində mühüm istiqamət təşkil edir.

Media ictimaiyyəti, jurnalist birlikləri Əkbər Hüseynzadənin məhsuldar fəaliyyətinə yüksək dəyər vermiş, onu müxtəlif media və ədəbi mükafatlarla təltif etmişdir. Əkbər Hüseynzadə onun media sahəsində göstərdiyi xidmətlərə yüksək dəyər verən dövlətimizin başçısı, Jurnalistlərin Böyük Dostu cənab İlham Əliyevə, Medianın İnkişafı Agentliyinin direktoru cənab Əhməd İsmayılova minnətdarlığını bildirir.

Kollektivimizin əvəzolunmaz, sevimli rəhbəri Əkbər Hüseynzadəni Azərbaycan milli mətbuatının 150 illik yubiley medalı ilə təltif olunması münasibətilə təbrik edir, həyatda uzun ömür, can sağlığı, peşə fəaliyyətində yeni-yeni müvəffəqiyyətlər, tükənməz təsir bağışlayan enerjisini, gənclərdə olduğu kimi görünən təravətini daim qoruyub saxlaya bilməsini arzulayırıq.

“Təhsil-press” İnformasiya Agentliyinin kollektivi


Tehsil-press.az

Oxşar xəbərlər