Bakı Dövlət Universitetinin məzunu universitetə üç min il yaşı olan ağac bağışlayıb

Bakı Dövlət Universitetinin məzunu universitetə üç min il yaşı olan ağac bağışlayıb “Baku Development Club”un vitse-prezidenti, “The-V” world təlimçilər akademiyasının üzvü və təlimçisi, Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin məzunu Orxan Bayramov və klubun digər üzvləri Türkiyənin Karaman şəhərinin Ermenek qəsəbəsində Avropa Birliyinin Erasmus proqramı çərçivəsində "Bir insan qurtar, dünyanı qurtar" mövzusunda təlimdə və “Azərbaycan gecəsi”ndə iştirak ediblər. Gecədə Azərbaycan rəqsləri, musiqiləri, yeməkləri avropalılara təqdim edilib, video təqdimatlarla ölkəmizdə keçirilən beynəlxalq yarışlar və tədbirlərdən danışılıb. Tədbirin yekununda Ermenek bələdiyyə başqanı Uğur Sözkesen Azərbaycan komandasına üç min il yaşı olan sədr ağacı hədiyyə edib. Hədiyyəni Bakıya gətirən Orxan Bayramov “Baku Development Club” İdarə Heyətinin ümumi qərarına əsasən, ağacı vaxtilə təhsil aldığı Bakı Dövlət Universitetinə bağışlayıb. Rektor, akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetini unutmadığına görə Orxan Bayramova təşəkkür edib. BDU ilə bağlı xoş xatirələrini bölüşən O.Bayramov, eyni zamanda təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib.
Qeyd edək ki, “Baku Development Club” Avropanın 20-dən çox ölkəsi ilə müqaviləsi olan, beynəlxalq tədbirlərdə azərbaycanlı gənclərin və iş adamlarının iştirakını təmin edən, seminar və təlimlər keçirən şirkətdir.

Mətbuat və informasiya şöbəsi


Bakı Dövlət Universitetinin məzunu universitetə üç min il yaşı olan ağac bağışlayıb

Oxşar xəbərlər