2026/2027-ci tədris ili üçün “Beynəlxalq münasibətlər” ixtisası üzrə keçid balları məlum olub.2026/2027-ci tədris ili üçün “Beynəlxalq münasibətlər” ixtisası üzrə ali təhsil müəssisələrində formalaşan keçid balları məlum olub.
Keçid balları tədris dilinə və universitetlər üzrə fərqlənir.
Tədrisi Azərbaycan dilində olan “Beynəlxalq münasibətlər” ixtisası üzrə keçid balları:
Dövlət İdarəçilik Akademiyası - 511.4(511.4)
UNEC - 429.5 (480.6)
Bakı Dövlət Universiteti - 407.6(481.4)
Azərbaycan Dillər Universiteti - 397.3 (-)
Bakı Slavyan Universiteti - 370.9 (-)
Azərbaycan Turizm və Menecment Universiteti - 361.4 (-)
Qarabağ Universiteti - 344.8 (344.8)
Avrasiya Universiteti - 309.4 (-)
Azərbaycan Universiteti - 304.6 (-)
Qərbi Kaspi Universiteti - 286.3 (-)
Naxçıvan Dövlət Universiteti - 280.7 (-)
Odlar Yurdu Universiteti - 267.9 (-)
Tədrisi ingilis dilində olan “Beynəlxalq münasibətlər” ixtisası üzrə keçid balları:
ADA Universiteti - 562.6 (-)
Bakı Dövlət Universiteti - 499.7(499.7)
Azərbaycan Dillər Universiteti - 425.8(488.1)
Xəzər Universiteti - 348.5 (493.1)
Naxçıvan Dövlət Universiteti - 323.7(490.1)
Avrasiya Universiteti - 268.4 (-)
Tədrisi türk dilində olan “Beynəlxalq münasibətlər” ixtisası üzrə keçid balları:
Azərbaycan Dövlət İqtisad Universiteti - 390.8 (480.3)
Qeyd edək ki, mötərizə daxilində göstərilən ballar dövlət sifarişli (pulsuz) yerlər üzrə formalaşmış keçid ballarıdır.
Tehsil-press.az














