“Tanınmayan diplomun kağız və ya elektron versiyada olması nə dəyişəcək?” - İlham Əhmədov

“Tanınmayan diplomun kağız və ya elektron versiyada olması nə dəyişəcək?” - İlham Əhmədov "Mətbuat yazır ki, kağız formada olan diplom dövrü artıq bitdi. Ölkənin bütün təhsil sənədləri (diplomlar, attestatlar və s.) yalnız rəqəmsal formada veriləcək".

Bunu təhsil eksperti, dosent İlham Əhmədov sosial şəbəkə hesabında yazıb.

"Bir vətəndaş bu xəbəri sosial şəbəkədə sensasiya kimi paylaşıb, digər vətəndaş da ona sual edir ki, əgər xakerlər o sistemi çökdürsələr diplomlar necə olacaq?

Mən də bu iki vətəndaşa dedim ki, mübahisə etməyin. Bizim ali təhsil haqda diplomlar heç qardaş Türkiyədə tanınmır, nəinki Avropada. Tanınmayan diplomun kağız və ya elektron versiyada olması nə dəyişəcək? İndi də nazirlik tanınmayan diplomların datasını düzəldəcək?".

Tehsil-press.az


Oxşar xəbərlər