Məzunlara elektron diplom veriləcək

Məzunlara elektron diplom veriləcək 2021-ci ildən başlayaraq Rusiya ali məktəbləri öz məzunlarına diplomları elektron formada verməyə başlayacaq. Bu haqda xəbəri Rusiyanın Təhsil və Elm Nazirliyinə istinadən "İzvestiya" qəzeti yayıb.
Nəşrin məlumatına görə, elektron diplomlara keçid saxta diplomlarla mübarizə aparmağa imkan verəcək. Belə ki, elektron formada diplom rəqəmsal portfolionun bir hissəsi olacaq, sənəddə məzunun təcrübə keçməsinə, idman nailiyyətləri, elmi tədqiqatlarda və ixtisasartırma kurslarında iştirakına dair məlumatlar əks olunacaq.
Bu informasiyalara giriş isə təkcə ali məktəb üçün deyil, həm də işəgötürənlərə də əlçatan olacaq. Bu məlumatlar işəgötürənlər üçün məzunların real vərdiş və bacarıqları baxımından çox əhəmiyyətlidir.
Q.V. Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin prorektoru Dmitri Ştıxno qeyd edir ki, diplom və sertifikatların elektron formada verilməsi yaxşı təcrübədir, artıq bir çox xarici ali məktəblərdə istifadə olunur və təhsil sənədlərinin əslliyinin yoxlanması prosedurunu sadələşdirir. "Hələ ki ali məktəblərə işəgötürənlər, işə qəbul agentlikləri və məlumatların yoxlanması üzrə ixtisaslaşdırılmış şirkətlər daim müraciət edirlər", -deyə o, əlavə edib.
Qeyd edilir ki, Rusiyada diplomun yoxlanması işəgötürənlərə orta hesabla 30 günə başa gəlir, yoxlanan sənədlərin üçdə birinin saxta olduğu müəyyən olunur. Ümumrusiya Təhsil Fondunun prezidenti Sergey Komkov qeyd edir ki, xaricdə böyük miqdarda saxta Rusiya diplomu haqqında məlumatlıdırlar, ona görə də onları tez-tez tanımırlar. " Hətta əgər bu diplom Moskva Dövlət Universitetinin diplomudursa, hansı ki, bu universitet dünyanın 100 ən yaxşı ali məktəbi arasındadır, bəzən mütəxəssislərə öz biliklərini təsdiq etmək lazım olur, bu məqsədlə ixtisaslaşdırma imtahanı verirlər".
Rəqəmsal diplomlar artıq bu ildən "Müasir rəqəmsal təhsil mühiti" saytı əsasında tətbiq ediləcək. 2019-cu ildə yeni model ölkənin 5 ali məktəbində sınaqdan keçiriləcək, 2020-ci ildə onların sayı 15-ə çatacaq.

Oruc MUSTAFAYEV


Oxşar xəbərlər