Millət vəkilindən SƏRT SÖZLƏR: “Yalançının..."”

Millət vəkilindən SƏRT SÖZLƏR: “Yalançının... Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev sosial şəbəkə hesabında diqqətçəkən status paylaşıb.

Deputat bildirib ki, adını çəkmək istəmədiyi bir şəxs heç bir aidiyyəti olmadığı halda onun adını hallandırır. Musayev həmin paylaşımla bağlı sərt ifadələr işlədərək, “sındırılmış, ləyaqəti tapdanmış adamlarla söz güləşdirməyi doğru hesab etmədiyini” vurğulayıb.

Elşad Musayev ona aid edildiyi iddia olunan anti-Amerikan tezisinin guya hakimiyyət daxilindən gəlməsi və söz demək sərbəstliyinin olmaması ilə bağlı fikirlərə münasibət bildirib.

Deputat bu iddiaları qısa və kəskin şəkildə "Yalançının... buynuzu qırılsın!" sözlərini yazıb.Deputat onları yalan adlandırıb.

Millət vəkilindən SƏRT SÖZLƏR: “Yalançının..."”


Tehsil-press.az

Oxşar xəbərlər