Bir kütləvi qətlin tarixçəsi:“Alkaş" necə“qəhrəman” oldu ?

Bir kütləvi qətlin tarixçəsi:“Alkaş Ermənistanda uşaqdan-böyüyə hər kəsi şoka salan bir kütləvi qətl hadisəsindən 11il ötür .

2015-ci ilin 12 yanvarında Ermənistanın Gümrü şəhərində 102 saylı Rusiya Hərbi bazasında hərbi xidmətdə olan rusiyalı hərbi qulluqçu Valeri Permyakov ilk dəfə ermənilərin kütləvi qətlini reallaşdırdı. Rus əsgər Gümrüdə erməni ailənin 7 üzvünü o cümlədən körpə uşağı amansızcasına qətlə yetirdi. Cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapıldı.

Qətl necə baş verir?

Erməni mediası yazırdi ki, Permyakov öhdəsində olan avtomat silahı götürərək bazadan qaçıb. Gecə su içmək üçün erməni evinə girən Permyakovu evin həyətində, həm də əli silahlı görən ev sakinləri qorxub səs-küy salıblar. Səs-küyün böyüyəcəyindən, qonşuların oyanacağından və nəticədə ələ keçə biləcəyindən qorxan rus əsgəri ev sakinlərini birdəfəlik susdurmaq qərarına gəlir.

Evə girərək avtomat silahla bütün ev sakinlərini soyuqqanlılıqla güllələyən Permyakov, sonra su içərək evi tərk edib. Daha sonra onu rus hərbçiləri Türkiyə-Rusiya sərhəddinə yaxın ərazidə tutaraq geri bazaya gətirirlər.

Valerinin həbsindən sonra bazanın komandiri polkovnik Andrey Rudzinski istefaya göndərilir, Gümrüdə qətl baş verən ərəfədə həbçilərə məsləhət vermiş psixoloq da işdən çıxarılır.

Şovinistlər qərar verir: Valerinin məhkəməsini özləri keçirir

Verdiyi ifadəsində Permyakov erməni ailəsini öldürməyi planlamadığını, heç belə bir niyyətinin də olmadığını açıqlayıb. O bildirib ki, sadəcə rus ordusunda xidmət etmək istəmir və ordudan qaçmaq istəyirmiş.

Ermənistanda baş tutan məhkəmədən sonra Permyakov ittiham olunduğu bütün maddələr üzrə günahkar hesab edildi. Beləliklə ölüm hadisəsinə görə ömürlük, xuliqanlıq maddəsinə görə 10 il, sərhəddi qanunsuz keçmə cəhdinə görə 2 il azadlıqdan mərhum edilməsinə dair qərar verildi. Onun cəzasına həmçinin Rusiya hərbi məhkəməsinin təyin etdiyi 10 illik cəza hökmü də əlavə edildi.

Qatili Ermənistan höküməti deyil, Rusiyanın Hərbi Məhkəməsi sorğulaması ermənilər qəzəbləndirdi. 2015-ci ilin 14 yanvarında Gümrüdə 4 min nümayişçi 102 saylı hərbi baza ətrafında toplaşdı. Onlar bir erməni ailəsini qətlə yetirən hərbçi Valeri Permyakovu Ermənistana təhvil verilməsini tələb edirdilər.

Rusiya ilə Ermənistan arasında məhkumların mübadiləsinə dair 1998-ci il razılaşmasına əsasən Gümrü məhkəməsinin 2016-cı il 23 avqust tarixli qərarı çərçivəsində Permyakov 18 may 2017-ci ildə Rusiya Federasiyasına təhvil verildi. Rusiya Ermənistan tərəfinə Valeri Permyakovun ömürlük həbs cəzası çəkəcəyini vəd etdi və onun azadlığa buraxılmayacağına zəmanət versə də, bu əlbəttə ki, bu “təhvilvermə” ermənilərin ürəyincə olmadı. Uzun sözün qısası, heç bir ciddi səbəb göstərmədən bir ailəni məhv edən rus əsgər Rusiyaya aparıldı və ölən ermənilərin qanı batırıldı.

Valeri erməniləri niyə qətl etdi? Səbəb...

Həmin vaxt rus hərbi qulluqçu Valeri Permyakov törətdiyi qətlin əsl səbəbi gizlin qalsa da, sonradan Rusiya mediasında müxtəlif məqalələr dərc olundu. Qatil məhkəmədə "Səs-küy idi, uşaqlar ağlayırdı, küçədə itlər hürürdü. Ona görə öldürdüm ki, bu səs-küy qurtarsın" - deyə açıqlama verib. Bununlada Permyakov bir daha günahını boynuna aldı. Amma ilkin dindirmədəki ifadəsini sonradan dəyişən əsgər törətdiyi əməlin 70-ci illərdə erməni terrorçuların törətdiyi qətliamlara cavab xarakteri daşıdığını bildirdi.

Bildiyiniz kimi, 1977-ci il yanvarın 8-i 17:33-də Moskva metrosunun "İzmaylovskaya" və "Pervomayskaya" stansiyaları arasında böyük bir partlayış baş vermişdi. Qatarda partlayıcı qurğu işə salınması nəticəsində 29 nəfər həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Həmin terror aktlarının əsas təşkilatçısı və təşkilatçısı erməni millətçiləri Stepan Zatikyandır, Baqdasaryan və Stepanyan idi. Valeri Permyakov israrla erməniləri məhz bu səbəbdən öldürdüyünü söylədi.

Rus əsgərinin bu əməlini alqışlamasaq da, hər halda dünyanın bir çox ölkəsində qanlı terrorlara imza atan ermənilərin qismən də olsa cavabı verildiyinə əminik... Ən azından ermənilər bir daha Rusiyada terror törətməyin təhlükəli olduğunu anlayarlar.

P.S. Düzdür, 102-ci hərbi bazasının qarşısında ermənilər tez-tez nümayişlər keçirirlər. “Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir!”, “Ar olsun belə müttəfiqə!”, “KTMT-yə yox!” və s. şüarlar səsləndirirlər, amma hələki bazanı respublikadan çıxartmaq kimi bir şansa malik deyillər.

Tehsil-press.az

Oxşar xəbərlər