Ermənistanda rus əsgəri qətlə yetirilib

Ermənistanda rus əsgəri qətlə yetirilib Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya bazasının əsgəri qətlə yetirilib.

Təhsil-press.az-ın məlumatına görə, bu haqda İTAR-tass xəbər verib. Saat 17:30 radələrində Gümrü təcili yardım stansiyasına Kursk meydanında Rusiya hərbi formasında həyat əlamətləri olmayan kişinin olduğu barədə məlumat daxil olub. Hadisə yerinə gələn həkimlər kişinin ölümünü qeydə alıblar.
Ermənistan polisinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, ilkin məlumatlara görə, ölən rusiyalı hərbçidir. Hazırda qətli törətməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb. Rusiyanın Ermənistanda olan hərbi bazasının nümayəndələrindən hələlik şərh almaq mümkün olmayıb.

Təhsil-press.az

Oxşar xəbərlər