
Publika.az xəbər verir ki, bu barədə onun vəkili Konstantin Elfimov məlumat verib.
“Məhkəmə Maqasumovu qəhrəman titulundan məhrum edərək, 11 il müddətinə ciddi rejimli koloniyada həbs cəzasına məhkum edib”, - deyə o bildirib.
Müdafiəçinin sözlərinə görə, polkovnik-leytenant hərbi rütbəsinin və üç şücaət ordeninin saxlanılması qərara alınıb.
Xatırladaq ki, Maqasumov Rusiya Qəhrəmanı adını ötən il avqustun 2-də alıb. Zabitin mühakimə olunduğu qətl hadisəsi həmin il avqustun 11-də Luqanskda baş verib. İstintaqın məlumatına görə, Maqasumov rütbə almasını qeyd edərkən ehtiyatsızlıqdan 18 yaşlı qızı güllələyib.
Tehsil-press.az