Nazirlər Kabineti Aparatının ən yüksək rütbəli xanım məmuru kimdir? — DOSYE

Nazirlər Kabineti Aparatının ən yüksək rütbəli xanım məmuru kimdir? —  DOSYE Azərbaycanda idarəçilikdə kişilərlə bərabər xanımlar da mühüm rol oynayır.

Vəzifə tutan xanımlarla bağlı silsilə araşdırmalarını təqdim edir.

Bu dəfə təqdim edəcəyimiz şəxs Nazirlər Kabineti Aparatının ən yüksək rütbəli xanım əməkdaşı ilə bağlıdır.

2024-cü ildə Baş Nazir Əli Əsədovun sərəncamı ilə Sevinc Həsənova Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri təyin edilib.

Sevinc Həsənova 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Maliyyə və kredit fakultəsini bitirib.

Əmək fəaliyyətinə 1993-cü ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsində iqtisadçı kimi başlayıb.

1993-2006-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsi və Baş Dövlət Xəzinədarlığında iqtisadçı, baş iqtisadçı, şöbə müdiri vəzifələrində çalışıb, Nazirliyin Makroiqtisadi Siyasət Qrupunun üzvü olub, beynəlxalq təşkilatların dövlət investisiyaları, inkişafın proqramlaşdırılması üzrə layihələrində iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2008-ci ildə makroiqtisadi çərçıvənin müəyyən olunması üzrə komissiyanın sədri olub.

Tehsil-press.az

Oxşar xəbərlər