ABŞ rəsmisi Tom Barrack Suriyada SDQ–İŞİD xətti üzrə beynəlxalq prosesin faktiki olaraq başa çatdığını bəyan edib.
Barrakın sözlərinə görə, SDQ ilə İŞİD-ə qarşı aparılan beynəlxalq mübarizə artıq tamamlanıb və hazırda Suriya hökumətinin özü beynəlxalq koalisiyanın 50-ci üzvü kimi çıxış edir. O bildirib ki, ölkədə indi Qərbyönümlü və Amerika biznesinə açıq bir hakimiyyət formalaşıb.
ABŞ rəsmisi xüsusi vurğulayıb ki, Suriya kürdləri yalnız Şamın suverenliyi çərçivəsində, mərkəzi hökumətə inteqrasiya olunaraq yaşaya və təhlükəsizliklərini təmin edə bilərlər. Bu kontekstdə Vaşinqtonun Suriya hökumətinin atdığı addımları və irəli sürdüyü təklifləri açıq şəkildə dəstəklədiyi bildirilib.
Tehsil-press.az








