Mütəxəssislər bildirir ki, bu üsulların çoxu ev şəraitində tətbiq oluna bilər.
Modemi gecə "dincəlt"
Modem 24/7 işlədikcə zəifləyir. Gecə yatmazdan əvvəl söndürmək və səhər yenidən yandırmaq siqnalın daha stabil olmasına kömək edir.
Anteni çarpaz qoy
Əksər istifadəçilər antenləri şaquli qoyur. Mütəxəssislər isə bir anteni şaquli, digərini üfüqi vəziyyətə gətirməyi tövsiyə edir. Bu, siqnalın evə daha bərabər yayılmasını təmin edir.
Modemi düzgün yerə qoy
Modemi küncə və ya dolabın içinə qoymaq əvəzinə, evin mərkəzində və yüksək bir səthə yerləşdirin. Divar və metal əşyalar siqnalı zəiflədə bilər.
5 GHz şəbəkəni seçin
Əgər modem 5 GHz dəstəkləyirsə, onu aktiv edin. Bu tezlik divarlardan zəif keçsə də, yaxın məsafədə sürət qat-qat yüksək olur.
Bu üsullar sadə olsa da, gündəlik istifadə zamanı internetin sürət və stabilliyinə gözlə görünən təsir göstərir.
Tehsil-press.az









