Moldova MDB-dən çıxır

Moldova MDB-dən çıxır Moldovanın Xarici İşlər Nazirliyi ölkənin Sərbəst Dövlətlər Birliyindən (MDB/CIS) çıxışını nəzərdə tutan əsas sazişlərin denonsasiyasına start verildiyini açıqlayıb.

Bununla Kişinyov təşkilatdan tam hüquqi ayrılıq prosesini rəsmən işə salıb.

Xarici xəbər kanallarının yaydığı məlumata görə, Moldova MDB-yə üzvlüyün hüquqi əsasını təşkil edən sənədləri – birliyin yaradılma sazişini və nizamnaməsini mərhələli şəkildə ləğv etməyə başlayır. Proses tamamlandıqdan sonra ölkə hüquqi baxımdan MDB üzvü olmayacaq.

Bildirilir ki, söhbət təkcə texniki sənədlərdən deyil, Moldovanın MDB-də qalmasını mümkün edən əsas hüquqi bazanın aradan qaldırılmasından gedir.

Kişinyov uzun müddətdir MDB institutlarında faktiki iştirak etmirdi və indi bu vəziyyət rəsmi-hüquqi müstəviyə keçirilir. Parlament mərhələsi başa çatdıqdan sonra müvafiq bildirişlərin MDB strukturlarına göndəriləcəyi gözlənilir.

Tehsil-press.az

Oxşar xəbərlər