Qüds Könüllüləri Assosiasiyası Tilbenin ianəsini sosial media hesabında elan edib.
"Ölkəmizin aparıcı və hörmətli vokal sənətçilərindən biri olan Yıldız Tilbe Qüds Könüllülərinin Qəzzada qurduğu çadır şəhərciklərinə əhəmiyyətli töhfələr verərək 300 000 dollar ianə edib. Bu ianə ilə xanım Tilbe Qəzzanın iki ayrı bölgəsində tam təchiz olunmuş iki çadır şəhərciyinin yaradılmasını maliyyələşdirib.
Yıldız Tilbe həmçinin çadır şəhərciklərindəki fələstinli ailələrin qida ehtiyaclarını ödəmək üçün "Qəzzanın xeyrinə konsert" təşkil edəcəyini bildirib. Bu misilsiz səxavət və xeyriyyəçiliklə xanım Tilbe Qəzzadakı qardaş və bacılarımız üçün "Qəzzanın bacısı" olub və qəlblərimizdə yer qazanıb.
Keçən il Ramazan ayında Yıldız Tilbe həmçinin Qüds Könüllüləri vasitəsilə Qəzzada 20 000 nəfər üçün iftar süfrələri təşkil edib. Bu yardım abidəsinin nümayiş etdirdiyi misilsiz şəfqət, mərhəmət və səxavət ölkəmiz və millətimiz üçün böyük qürur mənbəyidir. Bu, həm də cəsarət və vicdan sahibləri üçün əla bir nümunədir", - məlumatda qeyd olunub.
Tehsil-press.az










