Məktəblərdə dərsə davamiyyət zəifləyib? - RƏSMİ

Məktəblərdə dərsə davamiyyət zəifləyib? - RƏSMİ Ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyətində mənfi dinamika müşahidə edilmir.

Bu barədə sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.

Qeyd edək ki, aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq ölkənin əksər rayonlarında hava şəraiti yağıntılı keçir, yağıntılar bəzi yerlərdə intensiv leysan xarakterlidir.

Tehsil-press.az

Oxşar xəbərlər