İstənilən addım müharibənin başlanğıcıdır - Şamxani

İstənilən addım müharibənin başlanğıcıdır - Şamxani İran ABŞ-ın istənilən təcavüzkar hərəkətini tammiqyaslı müharibənin başlanğıcı kimi qəbul edəcək və dərhal cavab verəcək.

Bu barədə İranın ali dini liderinin müşaviri Əli Şamxani X səhifəsində yazıb.

"Məhdud zərbə illüziyadır. ABŞ-ın istənilən nöqtədən və istənilən səviyyədəki istənilən hərbi əməliyyatı müharibənin başlanğıcı hesab ediləcək və cavab tədbirləri dərhal görüləcək”, - deyə o bildirib.

Şamxani əlavə edib ki, İranın cavabı ABŞ və İsrailə, eləcə də bu təcavüzü dəstəkləyən istənilən ölkəyə qarşı yönələcək.

Tehsil-press.az

Oxşar xəbərlər