Avropa Komissiyası "Moderna" peyvəndinin Aİ-də istifadəsini təsdiqləyib

Avropa Komissiyası Avropa Komissiyası (AK) Avropa İttifaqı ölkələrində "Moderna" peyvəndinin istifadəsinə razılıq verib. Bu da əvvəlcədən sifariş edilmiş 80 milyon dozanın ilk tədarükünə başlamağa imkan verəcəkdir.
Bu barədə Avropa Komissiyası rəhbəri Ursula fon der Leyen bildirib.
Komissiya rəhbəri deyib: "Avropada ("Pfizer"dən sonra) ikinci olan Moderna peyvəndinə razılıq verdik. Müqaviləmiz əlavə 80 milyon dozanın getirilməsi ehtimalı ilə 80 milyon doza tədarükünü nəzərdə tutur".
Ursula fon der Leyen bu peyvəndlərin mümkün çatdırılma müddətini deməyib.

Tehsil-press.az

Oxşar xəbərlər