AFFA-nın Qadın Futbolu İnkişaf Departamentinin rəhbəri Əminə Həsənova qurumdan tamamilə uzaqlaşdırılıb.Federasiya onunla müqavilənin müddətini uzatmayıb.
Bu post bir müddət əvvəl AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayevaya havalə edilib.
Belədə Ə.Həsənova AFFA-da başqa vəzifə verilib, lakin burada da onunla bağlı problemlər yarandığından, rəhbərlik işbirliyinə son verib.
Ümumiyyətlə, təşkilatın başbilənləri qadın futbolunda müəyyən islahatlar aparmağı planlaşdırır. Bu sahə üzrə ayrıca layihə işlənir.
Tehsil-press.az









