AFFA stadionun təmirinə nə qədər ayırıb? - Rəsmi açıqlama

AFFA stadionun təmirinə nə qədər ayırıb? - Rəsmi açıqlama 8-ci km stadionu ot örtüyünün yenilənməsi prosesi ilə əlaqədar mayın 1-dən etibarən təmirə bağlanıb.
Stadion AFFA tərəfindən təmir edilir və bunun üçün SOCAR-dan 200 min manat ayrılıb.
AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla sayta açıqlamasında stationun AFFA tərəfindən təmir olunduğunu təsdiqləyib:
“Bakcell Arenanın ot örtüyünün əsaslı təmir işləri AFFA-nın maliyyə vəsaiti hesabına aparılacaq. Stadion “Neftçi” PFK-nın istifadəsində olsa da, AFFA-ya məxsusdur və avrokuboklar zamanı digər klublarımız da ev oyunlarını keçirmək üçün bu arenadan yararlanır. Stadionun ot örtüyündə əsaslı yenidənqurma işlərinin aparılmasının üzərindən xeyli müddət keçdiyi nəzərə alınaraq təmir prosesinin başlanması barədə qərar verilib. Stadion mayın 1-də təmirə bağlanıb, avqustda istifadəyə verilməsi nəzərdə tutulub”.
AFFA-nın rəsmisi stadionun təmiri üçün nə qədər pul ayrılmasına “Məbləğ barədə məlumatım yoxdur”-deyə cavab verib.

Tehsil-press.az

Oxşar xəbərlər