Mikayıl Cabbarovun müşaviri işdən ayrıldı

Mikayıl Cabbarovun müşaviri işdən ayrıldı İqtisadiyyat naziri Mikayıl Cabbarovun müşaviri Hüseyn Əliyev öz xahişi ilə vəzifəsindən azad edilib.

Bu barədə məlumat yayılib.

H.Əliyev bundan öncə vergilər nazirinin müşaviri, Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri əvəzi, təhsil nazirinin müşaviri vəzifələrində çalışıb.

***

İqtisadiyyat nazirinin müşaviri vəzifəsinin icrası Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinin keçmiş rəhbəri Məmməd Abbasbəyliyə həvalə edilib.

Qeyd edək ki, bu ilin martında Prezident İlham Əliyevin Sərəncamı ilə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib. Bununla da M.Abbasbəyli Dövlət Xidmətinin rəisi vəzifəsini itirib.

Tehsil-press.az

Oxşar xəbərlər