Xədicə İsmayılova ilə Emin Hüseynov arasında pul davası

Xədicə İsmayılova ilə Emin Hüseynov arasında pul davası Sosial şəbəkələrdə jurnalist Xədicə İsmayılova ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mühacirətdə yaşayan direktoru Emin Hüseynov arasında söz deyişməsi yaşanır.

Tərəflər bir-birini suçlamaqda xəsislik etmirlər. Belə ki, Xədicə İsmayılova Emin Hüseynovu Qərbdə oturub insan hüquqları məsələləri üzrə alver etməklə pul qazanmaqda ittiham edib.
Xədicə İsmayılovanın sözlərinə görə, Emin Hüseynov beynəlxalq təşkilatlara yerli hüquq müdafiəçilərinin Azərbaycanda demokratiya və insan hüquqlarının qorunması və inkişafı üçün ayrılan pulların qrantlar vasitəsilə yuyulması barədə “donos”lar yazıb.

Xədicə İsmayılova ilə Emin Hüseynov arasında pul davası

Emin Hüseynov da borclu qalmayıb. Bildirib ki, Azərbaycanın bəzi hüquq müdafiəçiləri Bakıda RATİ-nin ofisində axtarış aparılarkən və sonradan ofis bağlanarkən sevinirlərmiş: "Mən eşitdim ki, onlar RATİ-nin ofisinin bağlanmasına sevinirlər və fikirləşirlər ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsini inhisara alacaqlar”.
Müxalifət düşərgəsinin və vətəndaş cəmiyyətinin iki nümayəndəsi arasındakı bu mübahisə bir daha göstərir ki, özlərini liberal müxalifət və hüquq müdafiəçisi hesab edənlər insan hüquqları sahəsini gəlirli biznesə çeviriblər. İndi - beynəlxalq təşkilatların liberal azərbaycanlı icmasının hərəkətlərindən məyus olduğu və dəstək verməkdən imtina etdiyi bir vaxtda özlərini, necə deyərlər, hüquq müdafiəçisi adlandıranlar arasında qalan qrantlar uğrunda şiddətli mübarizə başlayıb.

Xədicə İsmayılova ilə Emin Hüseynov arasında pul davası


Tehsil-press.az

Oxşar xəbərlər