Polimer Materialları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

Polimer Materialları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib 12 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirib. Tədbiri giriş sözü ilə GAMŞ-ın sədr müavini, Poliefir- və polikarbonat materiallar lаbоrаtоriyаsının kiçik elmi işçisi Ülviyyə İsmayılova açıb. Sonra Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra GAMŞ-ın üzvləri - Nanopolimer kompozitlər laboratoriyasının kiçik elmi işçisi Aidə Dünyamalıyeva və Biomimetik polimer materiallar lаbоrаtоriyаsının kiçik elmi işçisi Fəridə Məmmədovanın Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunan çıxışları dinlənilib. Məruzəçilər müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu Öndərin dünyanın nadir siyasətçilərindən biri olduğunu qeyd ediblər. Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Bu nailiyyətlər göstərir ki, Azərbaycanın gələcəyi daha güclü, firavan və sabit bir dövlət olaraq qorunacaq, xalqımız isə hər zaman öz Liderinə güvənərək inkişaf yolunda addımlamağa davam edəcək.

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğur Dahi Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların təntənəsidir.

Allah rəhmət eləsin!

Tehsil-press.az

Oxşar xəbərlər