Görüş üçün mən xahiş edirəm, mənə müraciət edən yoxdur

Görüş üçün mən xahiş edirəm, mənə müraciət edən yoxdur Rusiya və digər ölkələrin rəhbərliyi ilə görüşlər üçün adətən mən müraciət edirəm, əksi olmur.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün mediaya açıqlamasında deyib.

O, Rusiya, ABŞ, Fransa və Almaniyanın necə ölkələr olduğunu və AB-nin nə olduğunu başa düşdüyünü bildirib:

“Adətən mən görüş üçün xahiş edirəm, mənə görüş müraciəti olmur. Və bu normaldır. Mən hər kəsdən görüş istəyirəm və mənim üçün bu, alçaldıcı deyil. Bütün görüşlər əsasən mənim təşəbbüsümlə baş tutub. Qarşı tərəfin istəyi ilə görüşü xatırlamıram”.

Paşinyan qeyd edib ki, ölkələr arasında çəki dərəcələrində fərq var:

“Rusiya prezidenti məndən görüş istəməlidirmi? Aydındır ki, mən xahiş etməliyəm. Bəs kim xahiş etməlidir? Yoxsa Fransa prezidenti məndən görüş üçün xahiş etməlidir? Başqa cür düşünmək reallıqdan uzaqlaşmaq deməkdir. Mən bu görüşlərin dövlətimizin maraqları ilə bağlı məsələləri müzakirə etmək üçün keçirilməsini xahiş edirəm”.

Tehsil-press.az

Oxşar xəbərlər