İntihar edən 21 yaşlı Kübra TikTok fenomeni imiş

İntihar edən 21 yaşlı Kübra TikTok fenomeni imiş Hadisə yerinə cəlb olunan xilasedicilər tərəfindən sudan çıxarılan gənc qadın Yalova Altınova Dövlət Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmalar zamanı məlum olub ki, vəfat edən şəxs 21 yaşlı TikTok fenomeni Kübra Karaarslandır. Bildirilir ki, o, intihar etməzdən bir müddət əvvəl sosial media hesablarını bağlayıb.

Məlumata görə, Kübra Karaarslan Ümraniyedə yerləşən Hz. Yusif məscidinin imamı Osman Şevket Karaarslanın qızıdır. Onun cənazəsi İstanbula gətirilib, Ümraniyedə qılınan cənazə namazından sonra Başakşehir Kayabaşı qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində Ümraniye Bələdiyyə Başçısı İsmət Yıldırım da iştirak edib.

Tehsil-press.az


Oxşar xəbərlər