Ağdamda bir nəfər minaya düşüb.Hadisə rayonun işğaldan azad olunmuş Yüsifcanlı kındi ərazisində baş verib.
Kənd sakini rayonun Yusifcanlı kənd sakini 03.12.1985 Ceyhun Firdovsi oğlu Abbasov minaya düşüb.
Hazırda ANAMA əməkdaşları minaya düşən şəxsin ərazidən çıxarılması üçün hadisə yerinə gedir.
Faktla bağlı araşdırma başlanıb.
***
Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində martın 26-da baş vermiş mina hadisəsində 1985-ci il təvəllüdlü kənd sakini Ceyhun Firdovsi oğlu Abbasov keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.
Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda qeyd olunub.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!", - deyə birgə məlumatda vurğulanıb.
Tehsil-press.az










