Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.
"Qeydiyyatdan keçənlər arasında azyaşlılar da var. Kvotanın 92 faizi dolub, cəmi 8 faiz yer qalıb. Həccə niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan gəlib qeydiyyatdan keçsinlər", - deyə Vüsal Cahangiri bildirib.
Qeyd edək ki, həcc ziyarətinə son qeydiyyat tarixi ramazan ayının sonunadək müəyyən edilmişdi.
Xatırladaq ki, 2026-cı il həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6 100 ABŞ dolları müəyyən edilib.
Tehsil-press.az










.jpg)

