Xameneinin ölümünü rəqs edərək qeyd etmişdi - Əmisi oğlunu öldürdülər

Xameneinin ölümünü rəqs edərək qeyd etmişdi - Əmisi oğlunu öldürdülər Əvvəllər sosial şəbəkələrdə paylaşımları ilə diqqət çəkən iranlı influenser Mune Rəhimi bu dəfə müharibə ilə bağlı paylaşımı ilə gündəmə gəlib.

ABŞ Prezidenti Donald Trampın İrana hücumlarını dəstəkləyən və İranın ali dini lideri Ayətullah Əli Xameneinin ölümündən sonra paylaşdığı rəqs videosu ilə tanınan Rəhimi, bu dəfə ailəsindən verdiyi itkidən yazıb.

O, sosial media hesabında əmisi oğlunun müharibədə həlak olduğunu bildirib.

Rəhimi paylaşımında əmisi oğlu ilə birgə fotosunu yayımlayaraq bu sözləri yazıb:

“Solda mən, sağda isə keçən həftə itirdiyim sevimli əmim oğlu. İslam rejimi olmasaydı, o sağ olardı. Bunu gözlərimdə yaşla yazıram”.

Tehsil-press.az

Oxşar xəbərlər