
Nizami RPİ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, mərkəzdən 15 ədəd dizüstü kompyüter və bir ədəd “WiFi” cihazı oğurlanıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin universitetin tələbələri X.Əhmədov, İ.Məmmədov və Y.Nəcəfov saxlanılaraq maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Tehsil-press.az