Yunanıstanda Türkiyə səfirliyinə boya şüşələri atdılar

Yunanıstanda Türkiyə səfirliyinə boya şüşələri atdılar Türkiyənin Yunanıstandakı səfirliyi boya şüşələri ilə “atəşə tutulub”.

Bu barədə Türkiyənin milliyet.com saytı məlumat verib. Məlumata əsasən, əlində qırmızı və qara rənglərlə dolu butulka olan səkkiz nəfərdən ibarət qrup səfirlik binasına yaxınlaşaraq boya şüşələrini binanın divarına və kandarına atıblar.
Hadisə şahidlərinin sözlərinə görə, gənclərdən ibarət qrup DHKP-C terror təşkilatının şüarlarını səsləndirərək səfirlik binasından uzaqlaşıblar. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Təhsil-press.az

Oxşar xəbərlər