Pakistanda sel nəticəsində ölənlərin sayı artır

Pakistanda sel nəticəsində ölənlərin sayı artır Pakistanın Pəncab vilayətində şiddətli yağışların səbəb olduğu təbii fəlakət və qəzalar nəticəsində ölənlərin sayı yeddiyə yüksəlib.
Onlar tavanların çökməsi və elektrik cərəyanı vurması nəticəsində həyatlarını itiriblər.
Bildirilib ki, ölənlərdən dördü uşaqdır. 30-dan çox insan isə yaralanıb.
Pəncapda elektrik enerjisinin verilişdə problemlər yaranıb, bəzi yerlərdə nəqliyyat dayanma nöqtəsinə çatıb. İctimai nəqliyyatın işi ləngiyib.
Vilayət üzrə axtarış-xilasetmə işləri davam edir.
Pakistanda sel üç uşağın ölümünə səbəb oldu, 30 yaralı
Qeyd edək ki, dünən Lahorda yağış səbəbindən bir evin tavanı çöküb, nəticədə, üç uşaq ölüb.

Tehsil-press.az



Oxşar xəbərlər