
Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
“Ermənistanın Aİ-yə daxil olmaq istəkləri narahatlıq doğurur, çünki bu cür istəklər bu ölkənin AİB-ə üzvlüyü ilə bir araya sığmır. Bu barədə erməni tərəfdaşlarla çoxsaylı təmaslarımızda danışmışıq.
Məlumdur ki, AİB-də iştirak sayəsində Ermənistan dinamik inkişaf edir, Ermənistanın bütün əsas sektorlarında iqtisadi artım müşahidə olunur. Bu, Ermənistanı öz geosiyasi oyununa sürükləyərək, onu Rusiya və digər təbii müttəfiqlərindən qoparmağa çalışarsa, Ermənistan bu böyük sərvəti itirəcək”, - nazir müavini vurğulayıb.
Tehsil-press.az