AzTU tələbələrinin təqaüdlü təcrübə proqramı davam edir

AzTU tələbələrinin təqaüdlü təcrübə proqramı davam edir Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti “Aselsan Bakü” şirkətində təqaüdlü təcrübə proqramını növbəti dəfə uğurla keçən tələbələrlə görüşüb.
Şirkətdə tələbələrin nəzəri-praktiki bilik və bacarıqlarının inkişafı üçün lazımi şərait yaradılıb. Tələbələr “Aselsan Bakü” şirkətində peşəkar mütəxəssislərin dəstəyi ilə elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisasları üzrə praktiki bacarıqlarını inkişaf etdirir, ölkənin əmək bazarına ixtisaslı kadr kimi hazırlanırlar.
Hazırda AzTU-nun 2 tələbəsi şirkətdə təqaüdlü təcrübə proqramını uğurla davam etdirir. Şirkətin müraciəti əsasında universitetin daha 5 tələbəsi “Aselsan Bakü”da təqaüdlü təcrübə proqramına cəlb olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər