Rusiya XİN rəhbəri və ABŞ dövlət katibi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər
Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiya, Azərbaycan və Ermənistan Prezidentlərinin iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşünün yekunlarının inkişaf etdirilməsi istiqamətində dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin gələcək addımlarını telefon danışığı zamanı müzakirə ediblər.
Tehsil-press.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN-in məlumatında deyilir. Tərəflər həmçinin terrorizmlə mübarizədə qarşılıqlı fəaliyyət imkanları daxil olmaqla, Rusiya və ABŞ-ın Suriya münaqişəsinin aradan qaldırılması yollarını müzakirə ediblər.Tehsil-press.az
- Baxış: 6840
Xəbərin tarixi: 03.07.2016 / 08:07
-
Oxşar xəbərlər