Yol-nəqliyyat hadisəsindən sonra avtomobilə dəyən ziyanın qiymətləndirilməsində yeni təklif

Yol-nəqliyyat hadisəsindən sonra avtomobilə dəyən ziyanın qiymətləndirilməsində yeni təklif Azərbaycanda yol-nəqliyyat hadisəsindən sonra avtomobilə dəyən ziyanın qiymətləndirilməsi üçün səsləndirilən yeni təklif müsbət effekt verə bilər.

"Audatex Azerbaijan" şirkətinin rəhbərinin Tehsil-press.az-a verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsindən sonra avtomobilə dəyən ziyanın qiymətləndirilməsində ölkədə vahid sistem tətbiq edilməlidir.
Onun sözlərinə görə, yol-nəqliyyat hadisəsindən sonra avtomobilə dəyən ziyanın qiymətləndirilməsində sığorta bazarında vahid sistemin tətbiqi sığortaçılarla sığorta olunanlar arasında münaqişəli situasiyaları azaldacaq.
Z.Kərimzadə əlavə edib ki, bütün inkişaf etmiş ölkələrdə sığorta şirkətləri, qiymətləndirənlər, servis xidmətləri, hətta məhkəmə ekspertləri vahid qiymətləndirmə metodologiyasından istifadə edirlər: "Məsələn, Azərbaycanın yaxın qonşusu Rusiya hələ 2014-cü ildə bu metodologiyanın tətbiqinə başlayıb və bu sistem çox uğurla işləyir".
Onun sözlərinə görə, bu sistemin tətbiqi həm də ilk növbədə avtomobilin ehtiyat hissələrinə eyni qiymətin tətbiqi deməkdir. Metodologiyanın digər müsbət məqamlarının da olduğunu vurğulayan Z.Kərimzadə qeyd edib ki, şirkət artıq həmin metodologiya üzərində işi yekunlaşdırıb və baxılması üçün Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edilib.


Tehsil-press.az

Oxşar xəbərlər