Yerevanın mərkəzində qəza

Yerevanın mərkəzində qəza İyunun 7-də axşam saatlarında Yerevanın mərkəzində 5 erməni hərbçinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Tehsil-press.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, içərisində sürücü ilə birlikdə 5 hərbçinin olduğu “UAZ” markalı avtomobil “Hundai” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində “UAZ”-da olan hərbçilərin hamısı və “Hundai” markalı avtomobilin sürücüsü müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanlardan bir nəfərin – “UAZ”-ın sürücüsünün vəziyyəti ağırdır.


Tehsil-press.az

Oxşar xəbərlər