ADA Universitetində Milli Diplomatiya Günü qeyd edildi

ADA Universitetində Milli Diplomatiya Günü qeyd edildi Bu gün ADA Universitetində Azərbaycan Diplomatiyasının yaranmasının 97-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tehsil-press.az-ın məlumatına görə, tədbirdə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycan diplomatiyasının yaranması barədə məlumat verib. O, bildirib ki, Azərbaycan diplomatiyası bu illər ərzində ağır və çətin günlər keçib. Bununla belə, bu ağır şəraitdə ölkə diplomatiyasının şərəfli tarixi olub: "Bu çətin tarixdə Azərbaycanın şərəfli diplomatları yetişib. Azərbaycan diplomatiyasının yaradıcısı Əlimərdan bəy Topçubaşov olub. Amma müasir Azərbaycan diplomatiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevdir. Heydər Əliyev Azərbaycanda müasir diplomatiyanın təməlini qoyub və hazırda Azərbaycan diplomatiyası xeyli uğurlar əldə edib. Bu gün ölkədə Milli Diplomatiya Günü qeyd edilir". Çıxışlardan sonra tədbirdə Ə.Topçubaşov haqqında sənədli film nümayiş etdirilib.


Tehsil-press.az

Oxşar xəbərlər