İnternetdə "Fətullah Gülənin edam səhnəsi" yayıldı
Türkiyədə çevriliş cəhdindən sonra xalqın mühüm bir hissəsi qiyamçıların edam edilməsinin tərəfdarı olduğunu açıqlayıb. Tehsil-press.az xəbər verir ki, Türkiyədə yayımlanan "Diriliş Ertuğrul" teleserialında bir edam səhnəsi montaj olunaraq Fətullah Gülənin edam səhnəsi kimi təqdim olunub. Qısa müddətdə sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə səbəb olub.