
ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danfordla görüşdən sonra Türkiyə baş naziri Binali Yıldırımın mətbuat xidməti belə deyib.
“Cozef Danford qətiyyətlə hərbi çevrilişə cəhdi pisləyib. O bildirib ki, səfərinin əsas məqsədi ABŞ-ın Türkiyə və türk xalqı ilə həmrəyliyini göstərməkdir. O həmçinin qeyd edib ki, rəsmi Vaşınqton Türkiyənin demokratik sistemini dəstəkləyir və iki ölkə arasında hərbi əməkdaşlıq bundan sonra da davam edəcək”, - məlumatda vurğulanır. Qeyd olunur ki, Binali Yıldırımın və Cozef Danfordla görüş zamanı həmçinin Suriyadakı vəziyyət və İŞİD-lə mübarizə müzakirə edilib.
Tehsil-press.az