
Tamaşanın nümayişindən öncə Pedaqoji (ingilis dili-alman dili) fakültənin 108b qrup tələbələrinin iştirakı ilə keçirilən tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra işədüzəltmə agentliklərindən bəhs edən tamaşa göstərildi.
Tamaşanı yüksək qiymətləndirən Pedaqoji (ingilis dili-alman dili) fakültənin dekanı, professor Fikrət Cahangirov tələbələrin tamaşanı ingilis dilində yüksək səviyyədə nümayiş etdirdiklərini bildirdi, həmçinin Gülşən Məhərrəmovaya tamaşanın təşkilinə görə öz dərin minnətdarlığını bildirdi.
Qeyd edək ki, tədbirdə rektorun müşaviri, doktor Vazeh Əsgərov, İngilis dilinin leksikologiyası kafedrasının müdiri, dosent Amil Cəfərov, eyni zamanda universitetin müəllim-tələbə heyəti iştirak edirdi.
ADU-nun Mətbuat Şöbəsi

