
S.Şəriəti ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: “Mənə gömək etdiyinə görə məşqçilərimə, federasiyaya, hər kəsə təşəkkürümü bildirirəm”.
Güləşçimiz rəqibinə qalib gəlməkdə o qədər də çətinlik çəkmədiyini bildirib: “Rəqib güclü idi. Mən əvvəl ona uduzmuşdum, amma burada başqa taktika ilə güləşdim və qələbə qazandım. Demək olar ki, ona asanlıqla qalib gəldim. Bu qələbəmi bütün Azərbaycan xalqına həsr edirəm”.
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) Rio 2016 Olimpya Oyunlarında bürünc medal qazanıb. Bu, Azərbaycan idmaçılarının Rio-2016-da qazandığı 3-cü medaldır. Bundan əvvəl idmançılarımız iki gümüş medal qazanıblar.
Tehsil-press.az