Samsung galaxy Note 7 – Böyük düşünən smartfon!

Samsung galaxy Note 7 – Böyük düşünən smartfon! Aktiv həyat tərzi yaşayan insanların çoxfunksiyalı smartfona ehtiyacı var. Yeni Samsung Galaxy Note 7 ilə istifadəçi smartfondan gözlədiyindən daha artığını ala bilir.

Smartfonun erqonomikası fəal istifadəçinin tələblərinə uyğunlaşdırılıb: bu dünyada hər iki tərəfdən əyilmiş ekranı olan ilk Note-dur, onu əldə saxlamaq rahatdır və o, tək əllə də rahat şəkildə idarə oluna bilir. İntellektual elektron qələm - S Pen Sizə daha çox imkanlar təklif edir: indi siz qeydləri və GIF-faylları asanlıqla yarada bilərsiniz. Smartfon sudan və tozdan qorunub, onun innovativ funksiyalarından istənilən hava şəraitində yararlanmaq olar.
Adətən, smartfonlarımızda olan məlumatlar müdafiəyə ehtiyac duyur. Galaxy Note7 verilənlərin təhlükəsizliyi üçün ən rahat üsulu – göz bəbəyinin skanerini təklif edir.
Peşəkar güzgü kameralarının texnologiyası (Dual Pixel) sayəsində Galaxy Note7 ilə çəkilən fotolar maksimal dərəcədə real və dolğun alınır. Kamera F1.7 obyektivi və böyüdülmüş piksel ölçüsü ilə təchiz olunub. Beləcə siz kameraya istənilən yerdə və anda istədiyiniz hər bir anın rəsmini çəkə bilərsiniz.
Böyük planların reallaşdırılması üçün daha çox enerji lazımdır. Galaxy Note7 sizi öz gücü və dolma sürəti ilə təəccübləndirəcək irihəcmli akkumulyatorla təchiz olunub.
Samsung Galaxy Note7 - sizə həyatı istədiyiniz kimi yaşamağa imkan verən smartfondur.


Tehsil-press.az

Oxşar xəbərlər