Gömrükçülər xeyli sayda qaçaqmal siqaret və silah aşkar ediblər

Gömrükçülər xeyli sayda qaçaqmal siqaret və silah aşkar ediblər Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, “Samur” gömrük postunda Rusiyadan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Tehsil-press.az-a verilən məlumata görə, baxış zamanı, həmin nəqliyyat vasitəsində, gömrük nəzarətindən gizlədilmiş şəkildə 53.400 ədəd “NZ” markalı siqaret aşkar edilib.
İdarənin “Xanoba” gömrük postunda isə Rusiyadan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən və həmin vətəndaşa məxsus çantadan 1 ədəd pnevmatik tapança və 1 ədəd siqnal tapançası aşkar edilərək götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.


Gömrükçülər xeyli sayda qaçaqmal siqaret və silah aşkar ediblərGömrükçülər xeyli sayda qaçaqmal siqaret və silah aşkar ediblər

Tehsil-press.az

Oxşar xəbərlər