ABŞ polisi qaradərili Vladimir Putini həbs etdi

ABŞ polisi qaradərili Vladimir Putini həbs etdi ABŞ mətbuatı (25 WPBF News telekanalı) Florida ştatının Uest-Palm- Biç şəhərində supermarketdə Vladimir Putininin həbs edilməsi barədə məlumat yayıb.

Tehsil-press.az lenta.ru-ya istinadən bildirir ki,Rusiya prezidentinin qaradərili adaşı dükana daxil olaraq satıcıların üstünə qışqırmağa başlayıb. Supermarketin işçiləri hadisə yerinə polis çağırıblar. V.Putin hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib, lakin polislər onu sakitləşdirməyi bacarıblar. Qanun pozucusu sentyabrın 5-də məhkəmə qarşısına çıxarılacaq. Telekanal hər ehtimala qarşı qeyd edib ki, saxlanılan şəxsin Rusiya lideri ilə heç bir əlaqəsi yoxdur.




Tehsil-press.az

Oxşar xəbərlər