"Azərbaycanda 9-cu sinifdən aşağı şagirdlər arasında da qiymətləndirmənin keçirilməsi məsələsi Təhsil Nazirliyində müzakirə edilib. Təhsil Nazirliyi tərəfindən Təhsil Problemləri İnstitutu qarşısında bu məsələ ilə bağlı vəzifə qoyulub".
Tehsil-press.az-n məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda yalnız 9 və 11-ci siniflərdə buraxılış imtahanları keçirilir: " Ancaq aşağı siniflərdə qiymətləndirmənin keçirilməsi bizə imkan verəcək ki, nəticələrə uyğun məktəblərdə zəruri fənnləri yaxşılaşdıraq, xüsusi proqramlar həyata keçirək".
Hazırda bu məsələ ilə bağlı beynəlxalq təcrübənin araşdırıldığını deyən nazir bildirib ki, bu işin tətbiqi üçün ilkin müzakirələr ötən tədris ilinin sonunda Dövlət İmtahan Mərkəzi ilə işçi səviyyədə aparılıb: "Müzakirələrdə bu qənaətə gəlinib ki, belə bir qiymətləndirmənin aparılması imkanları mövcuddur. Amma biz bu tədris ili üçün bu qərarı vermirik. Əsas səbəb də ondan ibarətdir ki, belə həlledici qərarlar verilməmişdən öncə ekspertlər tərəfindən araşdırmalar aparılmalı, beynəlxalq təcrübənin öyrənilməsi başa çatdırılmalıdır. Bundan sonra bu kimi qərarların verilib-verilməməsi barədə müvafiq ictimai müzakirələr olmalıdır”.
Tehsil-press.az