Dağlıq Qarabağ münaqişəsinin nizamlanması beynəlxalq gündəlikdə mühüm yer tutmalıdır - Latviya prezidenti
Avropanın Şərq qonşularının təhlükəsizliyi Latviya üçün strateji prioritetlərdən biri olaraq qalır. Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda münaqişələrin nizamlanması beynəlxalq gündəlikdə mühüm yer tutmalıdır. Tehsil-press.az-n məlumatına görə, bunu BMT Baş Assambleyasının 71-ci sessiyasında çıxışı zamanı Latviya prezidenti Veyonis Raymonds deyib. Raymonds qeyd edib ki, bütün ölkələr beynəlxalq hüquq çərçivəsində üzərilərinə götürdükləri öhdəliklərə əməl etməli və suveren dövlətlərin sərhədlərinə hörmətlə yanaşmalıdırlar.
Tehsil-press.az
- Baxış: 5763
Xəbərin tarixi: 22.09.2016 / 07:56
-
Oxşar xəbərlər