
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 22-də 47,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,94 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 22-də 43,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,85 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti sentyabrın 22-də 47,29 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,74 dollar/barel çoxdur.
Tehsil-press.az