
Bu barədə şəhərin meri David Narmaniya məlumat verib. Mer bildirib ki, xoşbəxtlikdən ciddi dağıntı və insan tələfatı olmayıb. Güclü yağış nəticəsində paytaxt Tbilisinin mərkəzi “Azadlıq” meydanında, Diğomi, Samqori rayonlarında evlərin birinci mərtəbələrinə, Ablavari metrosuna su dolub. Rustaveli prospektində yol bağlanıb.
Tehsil-press.az